Daha 7 nəfərin əlilliyi ləğv olundu

Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 24 şəxsin əyani müayinəsi aparılıb. "Olaylar" xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 13-nə əlillik təyin olunmasına dair qərar qəbul olunub. Qalan şəxslərdən 7-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi, 3-nün tam reabilitasiya olunduğu müəyyən edilib, 1-nə isə səhiyyə müəssisəsində yenidən müayinə olunması üçün göndəriş tərtib edilib. Qiymətləndirmə prosesində şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Budəfəki əyani müayinədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31