İctimai iaşə obyektlərində hansı qaydalara riayət olunmalıdır?
Hökumətin təsdiqlədiyi ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dari metodiki göstərişlər öz əksini tapıb.
17 İyun 2021 14:56 SosialHökumətin təsdiqlədiyi ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dari metodiki göstərişlər öz əksini tapıb. Göstərişlərə əsasən Azərbaycanda bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq ediləcək. Sənədə əsasən, bərbər və gözəllik salonlarında işçilər iş proseslərindən əvvəl və sonra əllərini mütləq yumalıdırlar. Digər tələblər belədir: İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir; Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır; Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir; Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipər, tibbi maska və əlcəkdən istifadəsi məcburidir; Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;Təmiz ağların və dəsmalların xüsusi qapalı dolablarda, istifadə olunmuşların isə ayrı (səbətdə, polietilen torba) saxlanması; Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya və sterilizasiya edilməlidir; Birdəfəlik istifadə üçün nəzərdə tutulan ülgüc, deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir; Xidmət sahələrinin mütəmadi havalandırılması, dezinfeksiyaedici məhlulların tədbiqi ilə təmizlik işlərinin aparılması. Maraqlıdır, bəs atelye xidmətləri hansı qaydada fəaliyyət göstərəcək? Xatırladaq ki, koronavirus pandemiyasının yayılması bir sıra iaşə və xidmət sahələrində fəaliyyətin məhdudlaşdırılması ilə müşayət olunur. Buna səbəb kimi həmin sahələrdə virusun daha çox yayılma ehtimalı göstərilir. Belə sahələrdən biri də atelyelərin fəaliyyətidir ki, hazırda bu sahədə də xüsusi karantin qaydaları tətbiq edilməkdədir. Bəs, ümumiyyətlə istehlakçılar atelye xidmətlərindən istifadə zamanı hansı qaydalara riayət etməlidirlər? Xatırladaq ki, istehlakçılara göstərilən çoxsaylı məişət xidmətləri sırasında fərdi geyim tikişi və təmiri atelyeləri öz popyulyarlığı ilə fərqlənir. Hazırlanmış geyim malları ölçüsünə, fasonuna və s. hər hansi səbəbdən tələblərimizə uyğun gəlmədikdə adətən üz tuturuq fərdi paltar tikişi və təmiri xidmətlərini təklif edən dərzi atelyelərinə. Belə məntəqələrə müraciət edərkən istehlakçı hüquqlarının pozulmaması üçün nəyi bilməli və hansı məqamlara diqqət etməlidir? İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, istehlakçının ilk növbədə icraçı müəssisə, onun təklif etdiyi xidmətlər barəsində məlumatlı olması vacib məqamlardandır. Qanunvericiliyə görə düzgün seçim imkanı yaratmaq üçün sifarişlərin qəbul edildiyi xidmət obyektlərində, o cümlədən atelyelərdə istehlakçı üçün rahat və görünən yerdə göstərilən əsas və əlavə xidmətlərin siyahısı, təklif olunan xidmətlərin və onların icrası zamanı istifadə olunan materialların qiymətləri, xidmət göstərilməsində istifadə edilən əsas və köməkçi materialların istehlakçıya təklif olunan nümunələri, icraçının iş rejimi, hüquqi ünvanı və telefon nömrəsi haqqında məlumatlar verilməlidir. Hər bir xidmətin icrasına aid müqavilə (qəbz və digər ciddi hesabat blankları) yazılı formada tərtib edilməli və xidmətin növü, qiyməti, sifarişin qəbul olunduğu tarix və icra müddəti, verilən zəmanət, sifarişi qəbul etmiş işçinin vəzifəsi və göstərilən xidmətin xüsusiyyətlərindən asılı olan digər məlumatlar əks olunmalıdır. Atelye sifarişçiyə onun təqdim etdiyi materialların keyfiyyəti və yararlılığı, hazırlanmış məhsullardan təhlükəsiz və səmərəli istifadə, icraçıdan asılı olmadan göstərilən xidmətin keyfiyyətinə xələl gətirə biləcək amillər haqqında məlumat verməlidir. İstehlakçı bütün zəruri məlumatların müqavilədə (qəbzdə) qeyd olunmasına diqqət yetirilməli və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilənin və ya onu əvəz edən sənədlərin verilməsini icraçıdan tələb etməlidir. Əgər icraçı tərəfindən düzgün olmayan məlumatların verilməsi nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulularsa onun müqaviləni pozmaq və ona dəymiş ziyanın tam həcmdə ödənilməsini tələb etmək hüququ vardır. İcraçı istifadəsi nəzərdə tutulan parça, yaxud digər materialın tikilməsi nəzərdə tutulan paltarın tam ya qismən körlanmasına səbəb olacaq hər hansı xüsusiyyəti barəsinda istehlakçını qabaqcadan xəbərdar etdiyi halda o məsuliyyətdən azad olur. Materialın özəl xüsusiyyətlərini bilməmək eləcə də bilib onlar haqqında qabaqcadan istehlakçını xəbərdar etməmək icraçını məsuliyyətdən azad etmir. İcraçı sifarişi müqavilədə (qəbzdə) qeyd olunmuş tələblərə uyğun keyfiyyətlə və müddətdə icra etməlidir.
Nəzərə almaq lazımdır ki, icraçı təyin edilmiş iş rejiminə riayət edilməsini, göstərilən xidmətin lazımi keyfiyyətə, standartların tələblərinə və müqavilənin şərtlərinə uyğun olmasını, hazırlanmış (təmir edilmiş) məhsulların təyin edilmiş müddətlərdə təhvil verilməsini, göstərilən xidmətin təhlükəsizliyini, hazırlanmış (təmir edilmiş) məhsullar üzrə müəyyən edilmiş müddətlərdə zəmanət öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Əgər qəbul edilmiş sifarişin icrasına başlanılmayıb və ya xidmətin gedişatı zamanı sifariş müəyyən edilmiş müddətdə yerinə yetirilməyib, habelə sifarişin icra müddəti pozulubsa istehlakçı icraçıdan sifarişin icrasına başlanılması və ya onun tam yerinə yetirilməsi üçün yeni müddətin müəyyən edilməsini, sifarişin yerinə yetirilməsinin icraçının hesabına digər şəxsə tapşırılmasını, xidmətə görə haqqın müvafiq məbləğdə azaldılmasını, müqavilənin pozmasını və vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ var. Fərdi geyimlərin hazırlanmasının sifarişi zamanı icraçı öz vəzifələrinə riayyət etməli, istehlakçı isə öz hüquqlarını bilib tələb etməlidir. Onların arasında yaranmış mübahisə razılaşma yolu ilə həll edilmədiyi halda istehlakçının bu barədə müvafiq dövlət orqanına yaxud məhkəməyə müraciət etmək hüququ var.
Zəka