İdarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk gündən vəzifəyə təyin etdiyi məmurlara verdiyi əsas təlimat bu olub.
17 İyun 2021 11:37 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk gündən vəzifəyə təyin etdiyi məmurlara verdiyi əsas təlimat bu olub. Vətəndaşlara, xalqa xidmət, göstərilən etimadı doğrultmaq. Ancaq təəssüflər olsun ki, hələ də bir sıra hallarda dövlət başçısının tapşırıq və tövsiyələrini qulaq ardına vuran, ona göstərilən etimadı doğrultmayan məmurlar var. Hüquqşünas Əli İbrahimov da deyir ki, ölkə Prezidenti cənab İlham Əliyev rəhbərlik sahəsində komandasına nə qədər yaxşı mənada şəxsi nümunə göstərsə də, xüsusən dövlət xidmətində olan bəzi məmurlar bu nümunədən özləri üçün doğru nəticə çıxarmırlar. Onun sözlərinə görə, rüşvətxorluq və korrupsiya xəstəliyinə tutulmuş, kadr siyasətini düzgün qura bilməyən vəzifəli şəxslər cənab Prezidentin ardıcıl olaraq etdiyi ciddi xəbərdarlıqdan yenə də lazım olan nəticəni çıxarmırlar, şəxsi qazanc naminə dövlətin qanunlarını pozurlar: "Dövlət xidmətini və dövlətin strateji obyektlərini özünün şəxsi təsərrüfatı kimi idarə edən, dövlət pulunu mənimsəyərək, şəxsi qazancını artlrmaqla məşğul olan, kadr xidmətini bərbad hala salan vəzifəli şəxslər qanunların aliliyi prinsipini əsas tutmayaraq normal idarə etmək belə yadına düşmür. Kadr xidmətinin idarəciliyi rüşvətxorluq mərkəzinə çevrilib, əməkdaşların əksəriyyəti rəhbərliyə təyin edilmiş şəxslərin savadsızlığından və mədəniyyətsizliyindən olduqca çox əziyyət çəkir".
Hüquqşünas bildirib ki, peşəkar və savadlı kadrları sanki rüşvətxor, mədəniyyətsiz və savadsız rəhbərlərin ümidinə qoymaqla, onlara qəsd edirlər: "Belə bir özbaşənalığa ömrünün çox hissəsini dövlət xidmətinə sərf etmiş əməkdaşlarla düşmənçilik ədavəti aparmaqdan başqa ayrı cür dəyər vermək mümkün deyil. Savadsız və təcrübəsiz rəhbərlər kimlərəsə arxalanaraq, rəhbər üçün müəyyən olunmuş bütün sərhədləri aşaraq, qanunlara məhəl qoymadan, əməkdaşlara qarşı çox kobud davranır, əməkdaşların qanunla müəyyən olunmuş haqqını pozmaqdan belə, çəkinmirlər..."Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır". Bu sözləri Prezident İlham Əliyev deyib. O qeyd edib ki, dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. "Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verilib ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. Rəhbər, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, şərait yaratmalıdırlar, dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və bundan sonra da aparılacaq. Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu bu gün də, deyirəm, əvvəlki çıxışlarımda da demişəm. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işləinə vicdanla yanaşarlarsa, mütləq müsbət nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar."
Cənab Prezidentin rəhbər vəzifəli şəxslər üçün müəyyən etdiyi prinsipləri bəzi xidmət sahələrinin rəhbərləri öz fəaliyyətlərində təmin edə bilmir, qoyduğu hazırkı tələblərə, xüsusən insanların problemlərini dinləməyə və həll etməyə qabiliyyəti çatmır. Bir sözlə, başını varlanmaq hərisliyi səbəbilə itirmiş, kadr siyasətini düzgün apara bilməyən bəzi rəhbərlərin bu sahəyə başçılıq etməsinə yalnız acımaq olar".
Hüquqşünas deyib ki, Azərbaycan qanunvericiliyini bilməyən, savadsız və təcrübəsiz kadrların irəli cəkilməsi qəbuledilməzdir: "Belə ki, dövlətin kadr siyasəti kökündən qorunmayanda, əlavə problemlər meydana çıxır ki, əziyyətini uzun illər dövlət xidmətdə olan təcrübəli və savadlı mütəxəsislər çəkməli olur. Nədən? Çünki bəzən işi iş bilənə tapşırmırıq. Təcrübəli, savadlı hüquqşünaslar kənarda qalır, bu sahəyə aidiyyatı olmayan şəxslər rəhbərlikdə təmsil olunur. Hətta, elə strateji sahələr var ki, həmin şöbələrə mühəndis, zootexnik, hətta baytar ixtisaslı şəxslər rəhbərlik edir. Belə şəxsləri isə təbii, əməliyyat axtarış fəaliyyətini, hüququn aliliyi konsepsiyasını, funksional vəzifə borclarının yerinə yetiriıməsi istiqamətimdə işlərini bilməyən şəxslər, insanların maarifləndirilməsi və praktiki iş deyil, pul qazanmaq maraqlandırır, öz sahələrini al-ver predmetinə çevrilir. Elə vəzifəli şəxslər də var ki, hətta nazir müavini adındakı axrıncı hərfin "Z", yoxsa "S" olduğunu bilmirlər, yuxarı rəhbərliyə məktub ünvanlayarkən "cənab", yoxsa "cənabları" ifadəsinin işlədilməsində yanlışlığa yol verirlər, başqalarını köməyə çağırırlar. Belə şəxslər dövlət qulluğunun inkişafında nə dərəcədə yaxından iştirak edə bilərlər ki?! Təəccüb və təəssüf doğuran hal isə ondan ibarətdir ki, görəsən, həmin şəxslər vəzifələrə təyin edilərkən, kadrlar xidməti onlardan soruşurlarmı ki, bu işi bacarıb qanunlara riayət edəcəksənmi?".
Süleyman