Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum oldu
Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum oldu
17 İyun 2021 10:40 SosialAğdamda itkin düşən şəxsin minaya düşdüyü məlum olub.
Bu barədə Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, 10 gündən çoxdur itkin düşən Cəsarət Hətəmxanov rayonun işğaldan azad olunmuş Seyidli kəndi ərazisində minaya düşərək həlak olub.
Onun meyiti iyunun 16-da hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tapılıb.
C.Hətəmxanovun nəşi ailəsinə təhvil verildikdən sonra Quzanlı qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində yaşayırdı. O, bu ayın əvvəlində Seyidli kəndinə gedib, daha sonra geri qayıtmayıb. Həmin gündən C.Hətəmxanovla əlaqə itib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31