Nazirlikdən bağça uşaqlarının valideynlərinə MÜRACİƏT ETDİ
16 İyun 2021 17:05 SosialSəhiyyə Nazirliyi övladı bağçaya gedən valideynlərə müraciət edib.
Olaylar.az xəbər verir ki, məlumatda özünü narahat hiss edən uşaqların bağçaya göndərilməməsi tövsiyə edilib:
"Övladınızda xəstəlik, qızdırma, boğaz ağrısı, burun axması, öskürək, iştahsızlıq, halsızlıq və . əlamətlər müşahidə olunursa, onları bağçaya göndərməyin. Bağçaya gedən övladlarınıza əl yuma vərdişi qazandırın, öskürərkən və ya asqırarkən ağzını, burnunu dəsmalla tutmasını söyləyin. Yeməkdən əvvəl-sonra, tualetdən əvvəl-sonra əllərini su və sabunla yumağı öyrədin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31