Erməniyə qalib gələrək dünya kubokunu Vətənə gətirdi
16 İyun 2021 15:17 SosialDünya kobokunun sahibi Nicat Vəli oğlu Yusifov usag vaxtlarından idmana marağı çox olub. Belə ki, ilk dəfə karate ilə məşğul olub. Ardınca 3 il Oqtay Məmmədovun yığma komandasında məşq edərək respublika çempionu olub . Sonra kikboksinqle məşğul olmaga başlayaraq Anur məllimin tələbkarlığı sayəsində respublika çempionu olub . Hal hazırda Neftçi idman klubunun yığma komandasında məşqlərini davam etdirir: "Məşqçim Rafet Əsədov bir məllim yox, həm də bizə qardaşdı sözün əsl mənasında. Məhz onun sayəsində də 2018 çi ildə uşu sandadan respublika çempionu oldum və Odessa şəhərində keçirilən Dünya kubokuna vəsiqə qazandım. Cari ldə iyun ayının 3-6 na kimi keçən yarışda final döyüşümu erməni rəqibimi məğlub edərək dünya kubokunu Vətənə gətirməyə nail oldum. Bu nailiyetimi ilk növbədə Ali Baş Komandanımiza cənab İlham Əliyevə minnətdaram ki, idmana çox böyük diqqəti və sevgisi var. Onun sayəsində də biz dünya ölkələri arasında öz sözümüzü deyə bilirik. Federasiyasiyamizin prizdendi Rafiq müəllimə, baş mesqci Ruhi müəllimə və Rafet Əsədova minnətdarlığımı bildirirəm, çox sağ olsunlar hər şeyə görə!