Professor vaksinin sonsuzluq yaradacağı iddialarına aydınlıq gətirdi
16 İyun 2021 15:00 SosialRusiyada aparılan geniş tədqiqatların nəticəsində birmənalı olaraq sübut olunub ki, koronavirus peyvəndlərin heç biri nəsil artırma funksiyasına təsir etmir.
Olaylar.az xəbər verir ki, bunu "Nə baş verir?" proqramında həkim Adil Qeybulla deyib.
O bildirib ki, əvvəllər peyvəndlərin gələcəkdə hansı təsirləri olacağı ilə bağlı narahatlıqlar var idi:
"Böyük şayiələr gəzirdi. Peyvəndlərin gələcək üçün heç bir əks təsiri yoxdur. Sadəcə olaraq vaksinin təsiri immun sistemi qıcıqlandırmaq və əks cisimlər yaratmaqdır".
A. Qeybulla onu da qeyd edib ki, ÜST-ün reysterində olan vaksinlərdən kifayət qədər əldə edilə bilsə, əhalinin kütləvi vaksinlənməsinə yenidən baxıla bilər və buraya III dozanın tətbiqi də daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31