Erməni əsirliyində olmuş şəxs: “Dişlərimi çıxarırdılar”

“1993-cü ildə ermənilər tərəfindən əsir götürülmüşəm”.

"1993-cü ildə ermənilər tərəfindən əsir götürülmüşəm".

Olaylar.az-ın xəbərinə görə, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş Rauf Qafarov ifadəsində deyib.

"Əsirlikdə olanda tikinti işləri üçün Ağdam və Füzulidə evləri söküb daşları daşıtdırırdılar. Ermənilər mənim dişlərimi çıxartdılar. Bizi seperatçı rejimin o vaxtkı "müdafiə naziri" Samvel Babayanın donuz fermasında fəhlə kimi işlədirdilər, yemək və su vermirdilər. Erməni uşaqlarını məktəbdən yanımıza gətirirdilər. Uşaqlar da bizi təhqir edirdi". report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31