16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla yay məktəbləri təşkil ediləcək - Nazir

16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla yay məktəbləri təşkil ediləcək.

Olaylar.az  Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Facebook" səhifəsində təhsil naziri Emin Əmrullayev yazıb.

Nazir bildirib: "Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44% iştirakçı bu təşəbbüsü dəstəkləmişdir. Şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31