Bir gündə 35 yanğın hadisəsi qeydə alınıb
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
31 May 2021 14:46 SosialAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. "Olaylar" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 2 nəfər xilas edilib, həmçinin Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində plastmas parçanın və Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması ilə əlaqədar qeyd olunan ərazilərdə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və təhlükə aradan qaldırılıb.