GÜNÜN PİS XƏBƏRİ! 18 yaşlı əsgərimiz keşikçi qülləsində ÖZÜNÜ ÖLDÜRDÜ
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib
31 May 2021 12:31 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.
Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov "Report"un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.
O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.
Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.
Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31