Deputat qazi xanıma kömək etməyə çağırdı
“Birinci Qarabağ Müharibəsində döyüşən, qazi Rüxsarə Cumayevanın köməyə ehtiyacı var”.
31 May 2021 12:06 Sosial"Birinci Qarabağ Müharibəsində döyüşən, qazi Rüxsarə Cumayevanın köməyə ehtiyacı var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elşən Musayev deyib. Deputat qazinin dövlətdən kömək gözlədiyini bildirib: "Tutu ləqəbli qazimiz Rüxsarə Cumayevanın hazırda səhhəti pisdir. Onun ayaqları tutulub. Bu qəhrəman xanıma təcili olaraq kömək edilməlidir. Vəziyyəti olduqca qeyri-qənaətbəxşdir. Onun dövlətdən gözləntisi var. Xahiş edirik ki, aidiyyəti qurumlar qazimizin salamlığı üçün səfərbər olsunlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31