Bu gündən açıq havada maska taxılması ləğv edilir - RƏSMİ
31 May 2021 07:04 SosialBu gündən Azərbaycanda xüsusi karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılır.
Bunlardan biri saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbinin ləğv olunmasıdır.
Məlumat üçün ki, qapalı məkanlarda maska istifadəsi mütləqdir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31