Şair Əziz Musa vəfat edib
30 May 2021 13:41 SosialŞair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Əziz Musa vəfat edib.
Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edib.
"İlham Çeşməsi" qəzetinin təsisçisi və baş redaktoru, Qarabağ müharibəsi veteranı olub.
Allah rəhmət eləsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31