İngilis və Hindistan ştammı birləşib koronavirusun daha yoluxucu növünü əmələ gətirdi

Vyetnamda Səhiyyə Nazirliyi yeni koronavirus növünün aşkarlandığını elan edib.

Olaylar.az xəbər verir ki, bu növ özündə həm İngilis, həm də Hindistan variantlarına xas olan mutasiyaları birləşdirir.

"VnExpress"in məlumatına görə, nazir Nguyen Thanh Long yeni ştammın artan infeksionluğundan, havada sürətlə ötürülməsindən danışıb. Bu, ölkədə koronavirus infeksiyası hallarının sürətlə artmasının səbəbi kimi görünür.

Qeyd edək ki, aprel ayının sonunda orada yeni bir dalğa başlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31