Sabunçuda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
29 May 2021 13:23 SosialBakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi olub.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Zeynəb Məhəmmədəli qızı və 1969-cu il təvəllüdlü Quliyeva Almaz Rəsul qızı xəsarət alıblar. Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Z.Məmmədovaya sağ bazu oynağının sınığı, A.Quliyevaya alnın əzilmiş yarası diaqnozları qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31