İstifadəyə verilən “8 noyabr” stansiyası barədə İLK AÇIQLAMA
29 May 2021 12:48 Sosial"Bakı Metropoliteni" QSC-nin bu gün istifadəyə verilmiş, Bənövşəyi xəttin üzərində yerləşən "8 Noyabr" stansiyasına daxil olan sərnişinlər buradan "Memar Əcəmi" və Avtovazğal" stansiyalarına gedə, eləcə də "Memar Əcəmi" staniyasından Yaşıl Xəttə keçməklə digər stansiyalara hərəkət edə biləcəklər.
Olaylar.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Bunun üçün sərnişinlər normal qaydada bir dəfə ödəniş edəcəklər. Stansiyalarası keçiddə əlavə ödəniş tələb edilməyəcək", - deyə o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31