Bu prospektin adı dəyişdirildi - “8 Noyabr” oldu

Bu gündən Nobel prospektinin adı dəyişdirilib.

Olaylar.az xəbər verir ki, prospektə "8 Noyabr" adı verilib.

Qeyd edək ki, bu gün ölkə başçısı Nobel prospektində yerləşən Hərbi Qənimətlər parkının açılışında iştirak edib. Gələcəkdə bu prospektdə "Zəfər" muzeyinin yaradılması planlaşdırılır.

Xatırladaq ki, 8 Noyabr ölkədə Zəfər günü kimi qeyd olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31