Ölümlə təhdid edilən müsəlman jurnalistdən Makrona MÜRACİƏT: "Nə vaxt hərəkətə keçəcəksiniz?"

Fransada yaşayan müsəlman jurnalist ölümlə təhdid edildiyini bildirib.

Olaylar.az xəbər verir ki, müsəlman jurnalist Nadiya Lazzouni ona təhqir xarakterli məktub göndərildiyini və boynundan güllə ilə vurulması ilə bağlı təhdid olunduğunu bildirib. 

Jurnalist anonim məktubda ona "islamçı" deyə xitab edildiyini və ağır ifadələrin olduğunu da qeyd edib.

Nadiya Lazzouni "Twitter" hesabında verdiyi açıqlamada, Vətəndaş İşləri üzrə Dövlət nazirinə, Daxili İşlər nazirinə və  ransa Prezidenti Emmanuel Makrona "Bu cür ölüm təhdidlərinə qarşı hərəkətə keçəcəksinizmi?", - sualını ünvanlayıb. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31