Koronavirusu yüngül keçirənlərin diqqətinə! - Yuyunmaq ölümə səbəb ola bilər

Reanimasiyada yatan koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan Dr. Serpil Özsezgin COVID-19 testi müsbət çıxanların isti duş və buxar vannası qəbul etmələrinin fəlakətlə nəticələnə biləcəyini deyib.

Olaylar.az bildirir ki, sözügedən məsələ ilə bağlı aşağıdakı fikirləri səsləndirib:

"Xəstəliyinizin ilk günlərində "duş alım, tərim qurusun" düşüncəsi ilə yuyunuruq. Bu zaman nəfəsimizdən xaric olunana viruslar hamamdakı isti su və buxarın təsiri ilə yenidən ağciyərimizə qayıdır. Beləliklə, özümüzü yenidən virusa yoluxdururuq. Bu da xəstəliyi daha ağır keçirməyimizə səbəb olur".

Mütəxəssis xəstəliklə bağlı digər tövsiyələr də verib:

"Evdən çıxarkən uzun qollu pencək geyinməyi məsləhət görürük. Uzun saçları yığmaq, bilərzik, sırğa və zinət əşyalarını taxmamaq məqsədəuyğundur. Əsla əllərimi yumamış üzünüzə, gözlərinizə və burnunuza toxundurmayın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31