Tanınmış həkim koronavirusdan ölüb - Azərbaycan
12 Aprel 2021 10:17 SosialAzərbaycanda həkim koronavirusdan vəfat edib.
Olaylar.az xəbər verir ki, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.
Məlumatı Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər.
Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub. //Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31