"Allah Natavanın ürəyinə sevgi, mərhəmət gətirsin"
12 Aprel 2021 09:44 SosialAxşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan müğənni Natavan Həbibinin ünvanına deyib. Sənətçi "ATV maqazin onlarla" verilişində həmkarı ilə aralarında yaşanan küsülülükdən danışıb.
Röya Natavanın bir vaxtlar onun ünvanına dediyi "Oğurluq aşkarladım. Məni əməlii başlı pula satdılar" sözlərinə cavab verib:
"Bir oğlan var, pul verib mahnı almışam. Getdim İstanbula, 6 aydan sonra oğlan dedi ki, oxumursa, başqasına verim. Dedim ki, pulunu vermişəm, nə istəyir? Oğlan deyib ki, bir qələt edib, mahnını eyni anda sizə də, Natavana da göndərmişəm. Dedim, verin oxusun. Mahnıya 3500 manat ödəmişdim. Belə şeylə dost itirmərəm. Xəyanət mən tərəfdən olmayıb. Belə şeylərə görə aramız dəyməsin. Bizim dalaşan yox, oturub dərtləşən, problemləri deyib gülmək vaxtımızdır".