Qar Bakı-Şamaxı-Yevlax yolunun bağlanmasına səbəb oldu

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax yolunun 70-ci km-dən hərəkət dayandırılıb.

Bu sözləri  Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev deyib.

O qeyd edib ki, hazırda həmin ərazilərdə güclü qar var, çovğunla müşayiət olunur, yollar buz bağlayıb:

"Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bu səbəbdən də xahiş edirik ki, həmin istiqamətlərə səfər etmək istəyənlər yola çıxmasınlar".

(report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31