Narkotik alverçisindən 2 kiloqram heroin götürüldü
12 Mart 2021 14:40 SosialSəbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 2 kiloqram heroin aşkar edilib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Elgün Həsənov tutulub. Onun üzərindən 2 büküm, yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan çox heroin aşkar edilib. E.Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində Səbail RPİ-də Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir. E.Həsənovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.