Vətəndaşları şantaj edən müxbir barədə cinayət işi başlanıb

Ağstafa Rayon Polis Şöbəsinə cari il fevral ayının 14-də və 15-də internet xəbər saytlarından birində bölgə müxbiri işləyən, əvvəllər məhkum olunmuş F.Quliyevin və Ağstafa şəhər sakini V.Zeynalovun rayon sakinləri Z.Qasımov və Z.Mustafayev barəsində sosial səbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan 500 manat pul tələb etmələri barədə müraciət daxil olmuşdur. DİN-dən "Olaylar"a verilən məlumata görə, faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.  İstintaq araşdırmaları aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31