Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
12 Mart 2021 13:17 SosialMartın 11-də Tovuz Rayon Polis Şöbəsinə Abulbəyli kəndi ərazisindən kənd sakini V.Hüseynova məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün kəndin ərazisində əzilmiş vəziyyətdə tapılmışdır. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri E.Abbasov və İ.Sadıqov müəyyən edilərək saxlanılmışlar.Tovuz RPŞ-də araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31