Daha 3 qazimizin əməliyyat xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb

"YAŞAT" Fondu ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.

"OLAYLAR"-a daxil olan məlumata görə, qazilərimiz Misir Axundovun, Cavid Arzumanovun və Həsən Mehdiyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31