7 nəfər xilas edilib, 3 nəfərin meyiti aşkar olunub
12 Mart 2021 12:27 SosialAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. "Olaylar" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 7 nəfər xilas edilib, 4 nəfər yanğından təhlükəsiz əraziyə təxliyə edilib, 3 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.