Daha bir sığorta şirkətinin lisenziyası ləğv edildi
11 Mart 2021 15:00 SosialAzərbaycanda "Rəvan Sığorta" ASC-nin sığorta fəliyyətini verilmiş lisenziya ləğv edilib."Olaylar" xəbər verir ki, bu barədə Mərkəzi Banka istinadən məlumat verir.Qeyd olunur ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 mart 2021-ci il tarixli qərarı ilə "Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 15 oktyabr 2009-cu il tarixli, 000271 nömrəli lisenziya ləğv edilib. Hazırda ölkədə sığorta şirkətlərinin sayı 20-dək azalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31