SÜRÜ - Züleyxa NADİR Yazır
Əslində bu yazını yazmaya da bilərdim – gecikmiş hadisə baxımından. Amma mövzunun gündəm deyil, ümumi bəla olduğunu nəzərə alıb fikirlərimi oxucularla bölüşmək qərarına gəldim.
11 Mart 2021 13:50 SosialƏslində bu yazını yazmaya da bilərdim - gecikmiş hadisə baxımından. Amma mövzunun gündəm deyil, ümumi bəla olduğunu nəzərə alıb fikirlərimi oxucularla bölüşmək qərarına gəldim. Martın 8-də yenə də "feminist" deyilən sürü küçələrə töküldü, yollara səpələndi. Guya ki, Azərbaycanda qadın hüquqlarının təəssübünü çəkən bu əxlaqsızlıq sürüsü əllərində özlərinin yaşam tərzini əks etdirən plakatlarla diqqət çəkməyə çalışdılar.
Əxlaqsızlıq təkcə o deyil ki, ərinə, yaxud da arvadına xəyanət edəsən, sənə aid olmayanların yatağından keçəsən. Əxlaqsızlıq daha çox insanın danışığanda, oturuşunda-duruşunda, ətrafındakılara qarşı davranışında, mənəviyyatında öz əksini tapır. Əgər insan özünün hərəkətləri ilə çevrəsində ikrah yaradırsa, bu, əxlaqsızlıqdı. Kimsə cəmiyyətdə xoşagəlməz, nifrət doğuracaq hərəkətlər sərgiləyirsə, bu, əxlaqsızlıqdı. Rüşvət almaq, başqasının haqqını yemək, ətrafındakılara ziyan vuracaq dərəcədə yalan danışmaq, oğuluq etmək, abırsızlıq, həyasızlıq sərgiləmək və s. bu kimi nəsnələr əxlaqsızlıqdı. Azərbaycan cəmiyyətinə xas olmayan, özünü qeyri-ənənəvi göstərən feminizm də əxlaqsızlığın başqa formasıdı. Bu termin cəmiyyətə son 10-15 ildə daxil olan bir nəsnədi, heç də xoş qarşılanmır.
"Feminist" sözünün nə olduğunu, hardan gəldiyini bilməyənlər üçün onun hansı anlama gəldiyini deyim. Latınca "qadın" mənasını verən "femina" sözündən götürülmüş feminizm hərəkatı guya qadınların hüquqlarını qorumaqla məşğuldur. Əslində isə yüz il əvvəl Avropada yaranmış bu hərəkatın kökündə qərbli əxlaqı dayanır. Vaxtilə avropalı varlılar əxlaqsızlığı daha aşkar etmək üçün belə bir ideya irəli sürüblər. "Qadın hüquqlarının müdafiəsi" adı altında istədiklərini edən avropalı qadınların bu davranışı nə yazıq ki, sonradan şərq ölkələrində də boy göstərməyə başladı. Bu gün feminizmin Azərbaycanda da az qala "iri addımlarla" irəliləməsi faciədi, gənclərin uçuruma yuvarlanmasıdı. Yaşlı nəsil bu terminin içində ehtiva olunanları qəbul etməyə çətinlik çəkir. Sovet tərbiyəsi almış həmin nəsil Azərbaycan qadınına xas olan ən gözəl dəyərləri özlərinin mənəviyyatına hopdurublar. Onlar üçün qadın şərəfi, qadın qüruru, qadın əxlaqı intim məsələlərlə gündəmə gəlmək deyil, mənəvi zənginliyi ilə nümunə olmaqdı. Gənc nəsil isə hələ də feminizmin nə olduğunu doğru-dürüst anlamır. Onlar zaman çarxında olan yaxşı nə varsa götürməyə çalışırlar. Analardan, nənələrdən öyrənərək, zamanla ayaqlaşan nəsnələri əldə etməkdən də qürur duyurlar. Buna baxmayaraq yenə də hər nəslin öz mizanı, öz ölçüsü var. Feministlər həmin mizan-tərəzini əyiblər.
Ötən ilkindən fərqli olaraq bu il "qorxdular azad qadın deməyə, döndülər əxlaqsız dedilər" şüarını sərgilədilər. Əvvəla dahi Nəsimidən iqtibas olunmuş bu sözlər şairin yaradıcılığına və ruhuna təhqirdi. İkincisi Bakının mərkəzinə toplaşmış bü sürünün əlindəki şüarı ordan keçən bir yeniyetmə görsəydi nə düşünərdi bilirsinizmi? Anındaca anası, bacısı gözünün qabağına gələr və ürəyində yox, məhz yüksək səslə deyərdi: "Mənim doğmalarım azaddı! Bunlar hansı azadlıqdan danışırlar"? Çox sadə bir sualla üzbəüz dayanan yeniyetmə bilməyəcəkdi ki, "qadın azadlığı" adı altında toplaşan bu sürü cinsi azlıqların nümayəndələri, psixi problemləri olan, hardan gəlib hara getdiyini bilməyən, namus-qeyrət anlayışını "azad seks" deyə bir əxlaqsılıqla əvəzləyənlərdi. Yeniyetmə onu da bilməyəcəkdi ki, bu sürünün başda gedənlərinin cibində ölkənin ən ali məktəblərinin diplomu var. Və bu ali təhsilli, savadlı feministlər ən ali dəyərləri alçaltmağı, dövlətə və dövləçiliyə xor baxmağı, qadın, ana missiyasına nifrət etməyi özlərinin ali məqsədi sayırlar.
Azərbaycan qadınlarının gerçək azadlığını seksual azadlıqla əvəzləməyə cəhd edən bu feminist sürüsü ilə zaman-zaman hər kəs az və ya çox dərəcədə üz-üzə gəlib. Amma son bir-iki gündə sosial mediada müzakirə olunan feministlərin davranışı həyasızlığın pik nöqtəsidi. Aydın görünür ki, "istədiyim əxlaqsızlığı edərəm, kimə nə?" fikri təkcə başlarının üstünə qaldırdıqları plakatda deyil, onların xarakterində, mənəviyytında, ailədəki və cəmiyyətdəki davranışlarında da əks olunub. Qadın cinsinə aid olan həmin sürü Azərbaycan cəmiyyətinə düşən yad cisimdi, daha doğrusu irinli bir yaradı. Bu yara sağalmaq əvəzinə daha da böyüyür, xərçəng kimi metastaz verib ətrafa yayılaraq üfunət verir. Əslində bu yaranın simptomları xaricdən ötürülüb. Özlərinin deyil xaricdəki havadarlarının göstərişi və diqtəsi ilə "feminist" addımlar atan sürünün qabağında cəmiyyətin sağlam qüvvələri dayanmalıdı.
Bütün hallarda bura Azərbaycandı, millət olaraq İslam dininin daşıyıcılarıyıq. Azərbaycan qadını dünən də, bu gün də mənən azad olub. Əxlaqı heç bir zaman buxova alınmayıb. Onun azadlığının və əxlaqının təminatçısı öncə doğulduğu ailə, tərbiyə aldığı valideynləri olub, sonra isə o, yaşadığı cəmiyyətlə ölçülüb. Azərbaycan qadını heç vaxt küçələrə çıxıb başının üstündə intim sözlər, əxlaqsız ifadələr yazılmış plakat tutmayıb. Azərbaycan qadını hər zaman özünün xanımlıq qüruru və analıq şərəfi ilə nümunə olub. Azərbaycan qadını "feminizm" deyilən nəsnəyə heç vaxt aludə olmayıb. Bu nəsnə onun qadınlıq vəzifəsinə, analıq duyğusuna bərabər tutulmayıb. "Qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat" adlanan feminizm Azərbaycan qadınına lazım deyil. Bu gün Azərbaycan qadını, anası, qızı, gəlini hüquqlarını çox gözəl bilir, özünü, ailəsini qorumağı bacarır. Feministə nə gərək var? Azərbaycan dövləti Azərbaycan qadınının hüquqlarının təminatçısı və ən ali qoruyucusudu.
Aksiya keçirən sürünün videosuna, fotolarına baxanda adam fikirləşir ki, bunlar bəlkə də Azərbaycan ailələrində doğulub tərbiyə almayıblar. Tərbiyəsizliyi, iyrəncliyi və əxlaqsızlığı özündə əks etdirən bir davranış mənim millətimin qızına, gəlininə aid ola bilməz. Ötən ilki aksiyadan sonra bir facebook istifadəçisi yazmışdı ki, həmin qadınların 90 faizinin əxlaqsız olduğunu bilir, çünki onları yaxından tanıyır. Bənzər fikirlərlə dolu yazı sosial mediada istənilən qədərdi. Heç kim bu feminist sürüsünü dəstəkləmir, hərəkətlərinə haqq vermir. Çünki sərgilədikləri etiraz Azərbaycan qadınına yaraşmayan hərəkətdi. Bu davranış Azərbaycan kişisinə təhqir, Azərbaycan dövlətinə atılan çirkabdı. Bu qadınlar cəmiyyət üçün koronovirusdan da təhlükəlidir. Onları "vaksinasiya" etmək lazımdı.
Ki... ətrafa yayılıb başqalarını yoluxdurmasın.