O, vəzifəsindən azad edildi - MÜDAFİƏ NAZİRLİYİ

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbərliyində dəyişiklik edilib.

Olaylar.az xəbər verir ki,  MOİK-in rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, həmin vəzifənin icrası müvəqqəti olaraq polkovnik-leytenant Mənsur Nəcəfova həvalə edilib.

Xatırladaq ki, Elxan Məcidov MOİK-ə 2019-cu ildən rəhbərlik edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31