Əl saxla,ey dünya, sən nə edirsən? - Aytən Hüseynova YAZIR

Aytən Hüseynova 

"Əgər bur gün ölsəm, dəyişməz dünya... Rəngi də dəyişməz sarı Günəşin. Dağlar da itirməz öz əzəmətin,səhər də acılar, axşam da düşər .Hec darıxmaz, bəlkə də, anam, hec pis olmaz da,yəqin ki,atam. Dostlar da yas tutmaz gedən mən üçün. Varlıq hiss edilməz, yoxluq bilinməz. Çaylar da öz məcrasın dəyişməz yəqin...Müəllimim ağlamaz, bacım ağlamaz. Quşlar da ötər mənsiz hər səhər. Ay gecələr çıxar, səhərlər batar.Şəhər öz içində mənsiz qalar, yollardakı ayaq izlərim yağışla yuyular, günlə quruyar, bəlkə də düşünməz məni el,oba, sızlamaz ürəyi hec nənəmin də..Ağaclar fəslinə görə dəyişər əyinin, güllər öz rəngində ətirsiz acar, hec duymaz burnum da torpaq qoxusun"

Görən,belə düşünürmü? Öz əlləri ilə özlərinə ölüm yazan körpələr, məsum körpələr, gücsüz körpələr, ana qucağından ölüm qoynuna özlərin birbaşa atan körpələr.

Ruhunu ölümə təslim edən,cisminə gücü catmayan yazıq körpələr.

Ana, ata yanında olsa da belə, ana nəfəsinə həsrət qalan, ata sığalına yad qalan körpələr.

Nə yemək deyil,nə geyim,paltar, bir quru sevgiyə həsrədir onlar.Sevgidən quruyan qöncə gül kimi sevgisiz quruyan fidan körpələr.

Ac gözünü ey insan oğlu,əlini uzat körpə əlinə...

Ürəyə mərhəm ol,yaraya dərman

Qayğıya, sevgiyə səsə,söhbətə möhtac qalan körpələr ölüm ağuşunda tapır təsəlli.

Ölüm beşiyi ana nəfəsindən üstün olubdur. İblis mələklərdən güclü olubdur.

Qoymayın,amandır,gedir körpələr.Məsum gözlərini yumur körpələr.

Əl saxla,ey dünya, sən nə edirsən?

Qaytar analara analıq hissin,qaytar atalara ata şəfqətin.Yoxsa  əldən gedir körpələr.

Azadlıq istəyən,ey "azad qadın!!!!!!"

-Bilirsən? Əlimizdən gedir körpələr..

Bürün analıq ismətinə, qoru övladını iblis xislətdən,övladsız azadlıq nəyinə gərək?

Şiddətdən,pislikdən qoru övladı,çünki sevgizlikdən,natəmizlikdən ölür körpələr..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31