"Pandemiyada ər çörəyi yedim"
11 Mart 2021 12:27 Sosial"Pandemiyada ər çörəyi yedim. Nə yığmışdımsa, hamısını yedik, getdi".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Hüseynova bacıları" verilişində deyib. Sənətçi ərinin maaşının azlığından gileylənib:
"Yoldaşımın maaşı çox azdır. Komunal xərclərimizi ödəyir, evə yemək alır. Ailə quranda bilirdim ki, necə qazancı olan adamı seçmişəm. Ona görə də hər zaman haq-hesabımı bilmişəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31