Haqq tərəzisi- Aytən Hüseynova YAZIR
11 Mart 2021 11:33 SosialAytən Hüseynova
Uşaqkən böyüklərin dodaqaltı danışmalarını maraqla izləyib dedikləri hər kəlməni anlamaq istərdim.
Anamın əsəbi,kefsiz,qəmgin vaxtlarında dediyi bir cümləsi vardı:"Hanı o haqq tərəzisi ki,hər kəsin mizanını özü ölçə"
Cümləni əzbərləsəm də,içindən bir tərəzi sözünü başa düşmüşdüm...hec fikrimdən cıxmırdı bu "haqq tərəzi"si..
Bir dəfə bibimgilə-Bakıya getmişdim, bibim bir gün məni "Universam " dediyi geniş və işıqlı mağazaya apardı. Cox həyəcanlı idim, bir bibimə, bir də ətrafdakı rəngarəngliyə baxırdım, bibim isə marağımı görüb:"Burada hər şey tapılır,"-deyirdi. Bu zaman anamın axtardığı "Haqq tərəzisi" yadıma düşdü..Tərəzilər olan yeri incəliyinə, xoş danışığına görə bakılı(anam deyirdi ki, bakılılar mədəni olur))bildiyim qızdan soruşdum,qız zərif davranışla mənə tərəzilər olan bölməni göstərdi.
Tərəzilər bölümündəki satıcı qıza yaxınlaşdım(qızın danışığı və davranışı xoşuma gəlmədiyi üçün onu bakılıya oxşatmadım,eyni bizim məhəllədəki ər axtarıb,elci gözləyən qızlara oxşayırdı) və candərdi :"Sizdə haqq tərəzisi varmı?"-deyə soruşdum..
Üzümə pis-pis baxıb:"Açıl başımdan,ay uşaq"-,dedi(((cox xoşum gəlməyən bir xasiyyətim vardı, hələ də var,kimsə məni incidəndə,qəlbimə dəyəndə həmin dəqiqə ağlamağım gəlirdi) doluxsunub oradan uzaqlaşmaq istəyəndə bir qoca qadın : -O tərəzidən hec yerdə satılmaz, axtarma,bala-dedi..
İllər kecdi,cox tərəzilər gördüm ki, haqqı yüngül, nahaqqı ağır göstərdi, amma Tanrıya olan inamımı itirmədim, nandım ki,bir gün anamın arzuladığı "Haqq tərəzisi"ni tapmasam da, öz "haqq tərəz"imdə ədalətsizlik etməyəcəm və buna Yaradandan izn verməməsi üçün daima xahiş edəcəm....