Azərbaycanda siqaretlər bahalaşdı
11 Mart 2021 10:05 SosialBu gündən Azərbaycanda bütün növ siqaretlərin qiyməti artırılıb.
Bu barədə Qazet.az-a siqaret satışı ilə məşğul olan şəxslər məlumat verib.
Onların sözlərinə görə, ötən günlə müqayisədə qiymətlərdə 20 qəpik artım var.
"Siqaretin topdan satışı ilə məşğul olan firmalar bu gündən bizə malları yeni qiymətlərlə göndərib. Qiymət artımı bütün siqaret markalarında olub", - deyə pərakəndə siqaret satıcıları bildirib.
(Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31