Qolikova: COVID-19 peyvəndləri müntəzəm ola bilər

Koronavirus peyvəndləri yüksək ehtimal ki, müntəzəm olacaq, çünki COVID-19 tədricən mövsüm xəstəliyinə çevrilə bilər. "Tass" agentliyinə müsahibəsində Rusiyanın baş nazirinin müavini Tatyana Qolikova belə deyib.  O bildirib ki, nə dünya, nə də Rusiya hələ immun müdafiəsinin nə qədər davam edəcəyini anlamaq üçün kifayət qədər təcrübə toplamayıb. "Əlbəttə ki, indi hamı rahatdır və COVID-19-un gedəcəyinə inanır, çünki hazırda vəziyyət daha yaxşıdır. Lakin hələ ki, virus heç yerə getməyib, bizimlədir, özümüzü və yaxınlarımızı qorumalıyıq",-deyə Qolikova əlavə edib.

Baş nazirin müavini onu da qeyd edib ki, ölkə əhalisinin 60 % vaksinasiya edildikdən sonra maskaları çıxarmaq mümkün ola bilər.

Həkim-infeksionist Yevqeniy Timakov isə bir müddət əvvəl bildirmişdi ki, Rusiyada koronavirusun növbəti dalğası yaz aylarında baş qaldıra bilər, yayda isə vəziyyət çox ehtimal ki, stabilləşəcək.

"İki sahil"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31