Şəhid Nurlan Mustafayevin oğlu dünyaya gəlib

Dünən Vətən savaşının qəhrəmanı Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı, şəhid NurlanMustafayevin oğlu dünyaya gəlib.

Dünən Vətən savaşının qəhrəmanı Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı, şəhid Nurlan Mustafayevin oğlu dünyaya gəlib.

Olaylar.az xəbər verir ki, yeni doğulan körpəyə şəhidimizin adı verilib. 

Qeyd edək ki, Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Sumqayıt şəhərində dünyaya göz açan Nurlan Hamlet oğlu Mustafayev 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub.

Ali hərbi təhsilini Almaniyada alıb. Təhsil müddətində "Ən yaxşı əcnəbi kursant", "Atıcılıq üzrə qızıl medal" və bu kimi bir çox nailiyyət qazanıb. 4 əcnəbi dili mənimsəyən Nurlan xarici ölkələrdə ölkəmizi uğurla təmsil edir, Vətənə geri döndükdən sonra Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilir, dağ kəşfiyyatçısı kimi çalışır.

2018-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən "EFES-2018" təlimində 23 ölkə arasında Nurlanın da üzv olduğu Azərbaycan xüsusi təyinatlıları birincilik qazanırlar.

Vətən savaşının ilk günü - sentyabrın 27-dən müharibədə iştirak edən Nurlan Mustafayev oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan bayrağı" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31