Bazarlarda bayramqabağı vəziyyət - VİDEO

Hər bayramın özünəməxsus keçirilmə qaydası, adət-ənənləri var. Amma hər bayramda dəyişməyən və əsas diqqət edilən məsələlərdən biri də süfrənin hazırlanmasıdır. Süfrənin hazırlanması üçün, ilk öncə, bazarlıq etmək gərəkdir. Baş çəkdiyimiz bazarlarda piştaxtalar hər cür ərzaq məhsulları ilə dolu olsa da satıcılar müştəri qıtlığından şikayət edirlər.

Satıcılara "bazar olsun" deyib bayram bazarlığı etmək üçün paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışdıq.



Olaylar.az Real TV-ə istinadən bildirir ki, alıcılar arasında qiymətlərdən razı qalanlar olsa da, bəzi alıcılar bahalıqdan şikayət edir.



Bayram ərəfəsində bir sıra işbazlar məhsullarının qiymətlərini süni şəkildə artırırlar. Dünya təcrübəsində bayramqabağı ərzaq mallarının qiymətləri endirilir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Qeyd edək ki, bayram ərəfəsində bazarlarda qiymət artımının qarşısının alınması üçün hər il şəhərin müxtəlif yerlərində bayram yarmarkaları təşkil edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31