Deputat: “Həssas bir yaş qrupu ilə bağlı təhlükəli bir tendensiya ilə rastlaşmışıq”

"Dünən iki nəfər yeniyetmə qızın intihar etməsi xəbəri bütün Azərbaycanı kədərə bürüdü. Çox təəssüf ki, son dövrlər belə xəbərləri tez-tez alırıq. Srağagün 35 yaşlı cavan qadının üstünə bir binanın yuxarısından metal parçası düşərək həyatına son qoydu. Elə həmin gün rayonlarımızın birində gənc məktəbli qız özünü asaraq intihar etdi. Ondan əvvəlki günlər də mütəmadi olaraq yeniyetmə qızların intiharı barədə xəbərlər yayılır. Nə baş verir, bu yaş qrupunda, özü də məhz qızlar arasında niyə həyatla vidalaşmaq istəyənlər vardır ?" "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, axı bu qızlar sababın həyat yoldaşı, gəlini, anası, nənəsi olmalı idilər: "Niyə qızlar dərdlərini bölüşə biləcəkləri ünvan tapa bilmədilər, niyə böyüsələr də çox vacib vacib həyat bilgilərindən kənarda qaldılar, niyə ətraflarındakı nəhəng informasiya toplumunda 15 yaşlı qız zirvəsindəki  suallar cavabsız qaldı. Suallara cavab yoxdur və görünən isə odur ki, çox həssas bir yaş qrupu ilə bağlı təhlükəli bir tendensiya ilə rastlaşmışıq. Bu tendensiya araşdırılmalıdır, xüsusi qruplar tədqiqat aparmalıdırlar, səbəblər aydınlaşdırılmalıdır, elə 15-16 yaşlı qızlardan soruşmalıdırlar,  xarici təcrübə öyrənilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31