Milyarderlər “Bitkoin” haqqında: "Elon Maskdan daha az pulunuz varsa, diqqətli olmalısınız"
25 Fevral 2021 23:45 Sosial"Microsoft"un rəhbəri Bill Qeyts kriptovalyutalarla bağlı açıqlamasında investorlara xəbərdarlıq edib.
Elon Maskın "Bitkoin"ə sərmayəsinə toxunan Qeyts "Dünyanın ən varlı insanı deyilsinizsə, Bitkoin almamalısınız" deyib.
"Bloomberg" canlı yayımında iştirak edən Qeyts E.Maskın "Bitkoin"ə 1,5 milyard dollarlıq sərmayəsini misal çəkərək "Elonun çox pulu var və fəaliyyəti çox yönümlüdür. Bitkoinlərinin qalxıb-enməsi məni narahat etmir", deyib.
B. Qeyts "Bitkoin" sərmayəçilərinin diqqətli olmaları lazım olduğunu söyləyən Qeyts "Elondan daha az pulunuz varsa, diqqətli olmalısınız"- çağırışı edib.
Dünyanın üçüncü varlı şəxsi "Bitkoin" pərəstişkarı olmadığını bildirib.
Qeytslə bərabər, Uorren Baffet və ABŞ-ın maliyyə naziri Canet Yellen də son zamanlarda "Bitkoin"i tənqid edənlər arasında olub.
Milyarder investor U.Baffet kriptovalyutaların heç bir dəyəri olmadığını və heç bir şey istehsal etmədiyini vurğulayıb.
ABŞ-ın maliyyə naziri C.Yellen "Bitkoin çox spekulyativdir, insanlar diqqətli olmalıdır. Bitkoin tez-tez qanunsuz maliyyələşdirmə üçün istifadə olunur, təsirsizdir", - deyə qeyd edib. iki sahil