Sumqayıtda 34 nəfər yıxılaraq sınıq xəsarəti alıb, 20 nəfər isə əzilib

"Sumqayıtda qarlı hava ilə əlaqədar dünəndən 34 nəfər yıxılaraq sınıq xəsarəti alıb".

Bunu Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova deyib. O bildirib ki, 20 nəfər isə əzilib:

"Sınıq xəsarəti alanlardan 21-i kişi, 13-ü qadındır. Əzilənlərdən isə 15-i kişi, 5-i qadındır. Hamısına ambulator yardım göstərilib, evə buraxılıb".

APA

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31