Ağlama,balaca uşaq....
25 Fevral 2021 14:49 SosialAytən Hüseynova
Ay qonşumdakı balaca uşaq, sən niyə ağlayırsan? Bütün günü,səhər-axşam,axşam-səhər ağlayırsan. "anam"- deyib,"topum"-,"qolum"-,deyib cox vaxt da elə hey səbəbsiz ağlayırsan.
Sən Allah,başına dönüm ,ağlama,heyfdir göz bulaqların,boş yerə axıtma yaşını..
Bilirsən,olmayan evim-eşiyim sənə qurban,
Bir gün gələcək böyüyəcəksən, onda o qədər səbəbli gizlin-gizlin,səssiz-səssiz ağlayacaqsan..
Cibində pulun olmayanda, döyməyə qapın olmayanda, ətəyindən tutduğun bu ananı tapmayanda,sənə sərt baxan o atanı tapmayanda, başını gizlətməyə bir evin olmayanda ömrüm-günüm,onda cox ağlayacaqsan.Ən yaxın bildiyin kürəyinə ilk zərbəni vuranda, üzünə gülən sənə quyu qazanda, "beş adamın "biri olmayanda, haqlı ikən haqsız sayılanda ağlayacaqsan..
İndi boşuna axıtdığın o yaşlar düz ürəyinə axacaq, dolmuş gözlərini əzilməmək üçün gizlətməyə yer axtaracaqsan, ürəyinə axan yaşlara təsəlli üçün sığınmağa bir kəs axtaranda amma o güvəndiyin kəsləri başqasının yanında görəndə ağlayacaqsan..
Səni ağladanın elə sənin özün bildiyin o kəsin olmağına daha cox ağlayacaqsan...
Ağlama,balaca uşaq,aglama,heyfdir o göz bulaqların ağlama...