Birinci Qarabağ Müharibəsi veteranının pensiyası niyə kəsilib?

Hüquq müdafiəçisi, Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinin sədri, Birinci Qarabağ Müharibəsi veteranı Azad İsgəndərlinin pensiyası kəsilib. Bu barədə "Olaylar"a hüquq müdafiəçisinin özü məlumat verib. Bildirib ki, dəfələrlə aidiyyati qurumlara müraciət etməsinə baxmayaraq məsələ həllini tapmayıb:  "Ən müxtəlif bəhanələr gətirilərək pensiyamı bərpa etmirlər. Halbuki mən saxta əlillik pensiyası almırdım. Mənim hər iki gözüm görmür. Oktyabrın 6-da Şirvan Şəhər Diaqnostika Mərkəzində şəxsi vəsaitim hesabına sağ gözündən əməliyyat olunmuşam. Hazırda gözümün biri 30 faiz görür, o birisi isə ümumiyyətlə görmür. Buna səbəb 1992-ci ilin may ayında Ağdamın Güllücə kəndində minamyot   partlaması nəticəsində diksinərək şəkər xəstəliyinə düçar olmağımdır. Eyni zamanda, hər iki ayağımın dizdən aşağı hissəsində hissiyyat yoxdur. Sağ ayağımda qanqrena başlayıb. Belə bir şəraitdə mənim pensiyam kəsilib. Nazirlikdən isə bildirilir ki, yalnız saxta əlillik alan şəxslərin pensiyaları kəsilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinə 10 dəfə məktubla müraciət etməyimə   baxmayaraq məsələ müsbət həllini tapmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31