Deputat: “Vətən müharibəsində canından keçmiş 2800 nəfərdən çox şəhidlərimizin  hamısı gənclərdir”

"Bütün gənc dostlarımı 2 fevral "Gənclər günü" münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm. Təqdirəlayiq haldır ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan gənclər siyasəti, bu gün dövlətimiz tərəfindən uğurla həyata keçirilməkdədir. Ölkəmiz xoşbəxtdir ki, daim gənclərimizə dəstək olan ölkə başçımız, öz millətinə, dövlətinə sadiq gənclərimiz var və yetişməkdədir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili İqbal Məmmədovun sözlərinə görə, heç şübhəsiz ki, bizə böyük qələbə sevincini yaşadan, öz canı, qanı ilə böyük tarix yazaraq torpaqlarımızı işğaldan azad edən ləyaqətli övladlarımızı da xatırlamalıyıq: "Vətən müharibəsində canından keçmiş 2800 nəfərdən çox şəhidlərimiz, sağlamlıqlarını itirmiş qazilərimizin hamısı gənclərdirlər. Onlar bir daha sübut etdilər ki,Vətən, dövlət, xalq etibarlı əllərdə, şərəfli bir gəncliyin mühafizəsi altındadır.Gənc yaşlarında şəhidlik zirvəsinə ucalmış gənclərimizin ruhu qarşısında baş əyir, qazilərimizə isə şəfa diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31