Deputat ona söz verilməməsinə etiraz edib
1 Fevral 2021 15:56 SosialMilli Məclisin deputatı Anar İsgəndərov parlamentin plenar iclasında ona söz verilməməsinə etiraz edib. "Olaylar"in xəbərinə görə, deputat Anar İsgəndərov qeyd edib ki, o elektron düyməyə basmağı hələ təzə öyrənib: "Eləsi var ki, beş dəfə danışır. Bizə çatanda isə danışmaq olmur. Bura ziyalı məclisidir".
Sədr Sahibə Qafarova isə deputata belə reaksiya verib: "Mən həmişə hamıya söz verirəm. Buranın ziyalı məclisi olduğunu da bilirəm. Mənə bunu öyrətməyə gərək yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31