Məşhur qadın vəzifəsindən getdi

Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova təqaüdə çıxıb.

74 yaşlı hakim son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Konstitusiya Məhkəməsindən faktı "Report"a təsdiqləyiblər.

Qeyd edək ki, S.Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 1998-2000-ci Azərbaycanın ədliyyə naziri, 2000-2005-ci illərdə Ali Məhkəmənin sədri işləyib. Milli Məclisin 23 dekabr 2005-ci il tarixli qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb. Humay Elçin qızı Əfəndiyevanın məhkəmənin hakimi vəzifəsinə namizədliyi səsverməyə çıxarılaraq qəbul edilib.
H.Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması ilə bağlı parlamentin bu gün keçirilən iclasında and içib.



 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31