Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinə hakim təyin olundu
1 Fevral 2021 13:02 SosialMilli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb. "Olaylar" xəbər verir ki, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb. Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Humay Elçin qızı Əfəndiyeva parlamentdı and içib.
Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31