Məhəbbət Vəliyevanın vəzifəsindən azad edilmə səbəbi açıqlandı

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın vəzifəsindən azad edilmə səbəbi açıqlanıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, M.Vəliyeva 25 dekabr 2020-ci il tarixindən öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

M.Vəliyeva 2018-ci ilin iyunun 27-dən təhsil nazirinin müavini vəzifəsini icra edirdi.

O, buna qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31