Tarif Şurasına müraciət əsasında qiymətlərin qaldırılmasının iqtisadi əsasları yoxdur

"Benzinin, ardınca suyun qiymətinin qaldırılması ölkədə bütün sahələrdə bahalaşmaya gətirib çıxarır. Əhalinin sosial vəziyyəti hər keçən gün ağırlaşır".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ölkəyə daxil olan milyardlarla valyuta, təbii sərvətlərimizin qiymətlərinin qalxmamasına imkan verir: "Ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, maaşların artırılmasına ehtiyac var."

MCP rəsmisi qeyd edib ki, Azərbaycan artıq Avropaya qaz ixrac edir, ölkəyə daxil olan valyuta mənbələri şaxələnib. Ona görə də hakmiyyət eşalonunda bir çox məmur biznesmenlərinin qiymət qaldırma fəaliyyəti ölkənin milli təhlükəsizliyini təhdid edir: "Hökumətin Tarif Şurasına müraciət əsasında qiymətlərin qaldırılmasının iqtisadi əsasları yoxdur. Qarabağda qalibiyyətli müharibədən sonra, ölkədə potensial şəkildə əhalinin sosial vəziyyətinin ağırlaşması istiqamətində Tarif Şurasının qərarları ləğv edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31