Fazil Mustafa: “Suyun, qazın qiymətilə bağlı doğru izahat verilməlidir”

Milli Məclisin yaz sessiyasının iclasda çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, kommunal sahədə müəyyən tənzimləmələrə ehtiyac yaranıb: "Məsələn, suyun, qazın qiymətiylə bağlı doğru izahat verilməlidir. O cümlədən şəhid ailələri ilə bağlı problemə aidiyyatı qurumlar doğru izah verməli idi. Bu məsələ dövlət başçısına çatan kimi Prezident məsələni həll etdi".

Fazil Mustafa Məmur özbaşınalığini da qeyd edib: "Məmur özbaşınalığı müəyyən qədər görülən işlərə töhmət gətirir. Ona görə məsələlərlə bağlı məmurlar vaxtında izahat verməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31